“Maklaren” komandasının icraçı direktoru Zek Braun Formula 1-in perspektivləri haqqında fikirlərini bildirib.

“Bir neçə il əvvəl iştirak edən komandaların əksəriyyəti ziyana işləyirdi. İndi isə bir çox komanda rentabellidir.

“Liberti Media” gələnə qədər komandaların qiyməti də aşağı idi. Hazırkı qiymətlərə baxsaq, komandalar ən azı 1 milyard bazar dəyərinə malikdir. Bu tendensiyanı rəhbərlik qorumağa çalışır.

“Liberti” gəldikdən sonra çempionata qatılmaq istəyən komandalar növbəyə durub. Rəhbərlik vəziyyəti ciddi nəzarətdə saxlayır və qazandıqlarını itirmək fikrində deyil. Yarışların keçirilmə yeri ilə də eyni sözləri söyləmək olar. Qran-pri təşkilatçıları külli miqdarda gəlir götürür. Əgər biz bazarda daha böyük dəyər əldə etmək və inkişafdan qalmamaq istəyiriksə, daha çox Asiya, Hindistan və CAR tərəfə baxmalıyıq”, – deyə Zek Braun qeyd edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp