Dünyaca məşhur “Transfermarkt” internet portalı İngiltərə Premyer Liqasında transfer dəyərini ən çox itirən oyunçuların reytinqini təqdim edib.

Reytinqin ilk pilləsində mərc oyununa görə diskvalifikasiya olunmuş “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali qərarlaşıb. İkinci yerdə “Çelsi”nin yarımmüdafiəçisi Moyses Kaysedo var. Üçüncü yerdə isə “Mançester Yunayted”in vingeri Markus Reşforddur.

İngiltərə Premyer Liqasının ən ucuzlaşmış 10 futbolçusu:

1. Sandro Tonali (Nyukasl, 40 (-20) milyon avro)

2. Moyses Kaysedo (Çelsi, 80 (-10) milyon avro)

3. Markus Reşford (Mançester Yunayted, 60 (-10) milyon avro)

4. Romeo Lavia (Çelsi, 40 (-10) milyon avro)

5. Migel Almiron (Nyukasl, 20 (-10) milyon avro)

6. Kevin De Brüyne (Mançester Siti, 60 (-10) milyon avro)

7. Kazemiro (Mançester Yunayted, 30 (-10) milyon avro)

8. Rafael Varan (Mançester Yunayted, 25 (-10) milyon avro)

9. Mateo Kovaçiç (Mançester Siti, 30 (-8) milyon avro)

10. Pier-Emil Hojberq (Tottenham, 20 (-8) milyon avro)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp