Karlo Ançelotti Braim Diasın “Real”da qalmasını istəyir. Bu barədə jurnalist Ekrem Konur məlumat verib.

Məlumata əsasən, italyan mütəxəssis 24 yaşlı futbolçuya inanır və onunla əməkdaşlığı davam etdirmək niyyətindədir. Konurun sözlərinə görə, yay transfer pəncərəsi zamanı Dias “Milan”, “Liverpul”, “Arsenal” və “Mançester Yunayted”in əsas hədəfinə çevriləcək.

Hazırda turnir cədvəlində lider olan “Real”ın heyətində Braim bu mövsüm 32 oyunda meydana çıxıb. Bu oyunlarda o 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 20 milyon avro göstərilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp