Entoni Coşua və Tayson Fyuri iki döyüdə üz-üzə gələ bilərlər. Onlardan biri Səudiyyə Ərəbistanı, digəri isə Böyük Britaniyada baş tutmalıdır. Məlumatı “Matchboxing” portalı yayıb.

Mənbənin məlumatına görə, promouter Eddi Hirn Aleksandr Usiklə Tayson Fyuri döyüşünü pozmaq istəyir. Bu səbəbdən də o, ərəblərlə təcili əlaqə qurub. Kral müşaviri Əl Əşşeyxlə danışıqlar öz bəhrəsini verib. Səudiyyə Ərəbistanı bir yox, iki döyüşün təşkil edilməsində maraqlıdır. Belə olan halda, Fyuri Usiklə döyüşdən imtina edərək yeni təklifə imza atacaq.

Plana əsasən Böyük Britaniyadakı döyüş “Uembli” stadionunda keçirilməlidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp