“Zirə”yə qarşı oyunda iki futbolçu “Kəpəz”ə kömək edə bilməyəcək.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Elçin Əlicanov və Georgi Papunaşvili heyətdə yer almayıblar.

Əlicanov sarı vərəqə limitinə görə cəzalı duruma düşüb. Papu isə zədəlidir.

“Zirə” – “Kəpəz” matçına bu gün saat 16:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp