Misli Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşmasında “Zirə” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Paytaxt təmsilçisi bu oyunda qələbəyə sevinib.

“Araz-Naxçıvan” isə “Qəbələ” ilə üz-üzə gələcək.

Xatırladaq ki, turun ilk oyununda “Neftçi” “Səbail”ə qalib gəlib – 3:0. “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” oyunları isə sabah keçiriləcək.

Misli Premyer Liqası
27-ci tur

16 mart

“Zirə” – “Kəpəz” 2:1
Qollar: Salifu Suma, 60. Qismət Alıyev, 77-pen – Martins Junior, 90+4.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev.
Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.

Zirə: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 99. Nazim Həsənzadə, 55. Ramin Abdullayev, 5. Stefan Akka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.
Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 91. Latir Fall, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 15. Cavad Kərimov
Baş məşqçi: Adil Şükürov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp