Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov xəstəlikdən sağalıb.

Futbolinfo.az xəbər verir ki, Almaniyanın “Dinamo” komandasında çıxış edən hücumçu artıq kollektivə qoşulub.

Bunu baş məşqçi Dirk Kunert açıqlayıb. O bildirib ki, cari mövsüm 14 qolla komandanın ən məhsuldar oyunçusu olan Dadaşov Regional Liqanın 26-cı turunda “Çemnitzer”lə keçiriləcək oyunda meydanda olacaq: “Dadaşov səhhətindəki problemə görə ötən turdakı matçımızı buraxmışdı. Ancaq indi bizimlə birlikdədir və növbəti görüşə hazırdır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp