Misli Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun gününün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Qəbələ” ilə üz-üzə gəlib.

Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Xatırladaq ki, turun ilk oyununda “Neftçi” “Səbail”ə qalib gəlib – 3:0. “Zirə” isə bu gün doğma meydanda “Kəpəz”dən üstün olub – 2:1. “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” oyunları isə sabah keçiriləcək.

Misli Premyer Liqası
27-ci tur

16 mart

“Araz-Naxçıvan” – “Qəbələ” 1:1
Qollar: Numan Kurdiç, 42 – Osama Xalayla, 67.
Qırmızı vərəqə: Numan Kurdiç, 59.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
“Liv Bona Dea Arena”, 18:30.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 29. Vanderson Melo, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 23. Nuno Rodriqes.
Baş məşqçi: Azər Bağırov
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 6. Fares Abu Akel.
Baş məşqçi: Kaxaber Sxadadze.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp