Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə iki oyun keçiriləcək.

Tovuzda “Turan Tovuz” lider “Qarabağ”la münasibətlərinə aydınlıq gətirəcək.

Turun qapanış matçında isə “Sumqayıt” “Sabah”ı qəbul edəcək.

Daha öncə “Neftçi” “Səbail”ə (3:0), “Zirə” “Kəpəz”ə (2:1) qalib gəlib, “Araz-Naxçıvan” – “Qəbələ” matçında qalib müəyyənləşməyib – 1:1.

Misli Premyer Liqası
27-ci tur
17 mart

“Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
Tovuz şəhər stadionu, 16:00.

“Sumqayıt” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp