Türkiyə millisinin sabiq futbolçusu, hazırda futbol şərhçisi olan Nihat Kahveci “Qarabağ”ın “Bayer”lə cavab oyunundan (2:3) danışıb.

O, Türkiyə telekanallarının birində yayımlanan verilişdə Ağdam klubu haqda müsbət fikirlər səsləndirib: “Xabi Alonso onsuz da “Qarabağ”ı məğlub edəcəklərini düşünürdü. Amma futbol belə deyil. Əlavə olunmuş dəqiqələrdə 2 qol vurdular. Mənə görə “Qarabağ”  mərhələni keçdi. Onları təbrik edirəm. Halal olsun”.

Qeyd edək ki, “Qarabağ” “Bayer”lə ilk görüşdə 2:2 hesablı heç-heçə edib. Cavab oyununda Ağdam təmsilçisi 2:1 hesabı ilə öndə olsa da, Leverkuzen klubu  90+3 və 90+8-ci dəqiqələrdə vurulan qollarla növbəti mərhələyə yüksəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp