La Liqanın XXIX turunda “Osasuna” ilə oyun “Real”ın baş məşqçisi Karlo Ançelotti üçün yubileylərlə əlamətdar olub. Madridlilərin 4:2 hesabı ilə qalib gəldiyi görüşdə təcrübəli mütəxəssis paytaxt təmsilçisində 200-cü qələbəsini qazanıb.

“Kral klubu” Ançelottinin rəhbərliyi altında La Liqada 129, Çempionlar Liqasında 43, İspaniya Kubokunda 18, ölkə Superkubokunda 4, klublararası dünya çempionatında 4, UEFA Superkubokunda 2 qalibiyyət əldə edib. Mütləq rekord isə Migel Munyosa məxsusdur – 357 qələbə.

Bundan əlavə, İtaliyalı baş məşqçi Avropa liqalarında 900-cü matçına çıxıb.

Qeyd edək ki, “Real” 29 turdan sonra La Liqada 72 xalla liderdir. Komanda UEFA Çempionlar Liqasının 1/4 finalında İngiltərənin “Mançester Siti” klubu ilə üz-üzə gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp