“Qarabağ”ın futbolçusu Olavio Juninyo Almaniyada “Bayer”ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə bağlı paylaşım edib.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu şəxsi instaqram hesabından fotolar yayımlayıb.

Braziliyalı forvard paylaşımda “tarix yazdıq, bu anı yaşatdığı üçün “Qarabağ”a təşəkkür edirəm” yazıb.

Bakıda Leverkuzen təmsilçisi ilə heç-heçə edən (2:2) Azərbaycan çempionu turnirdə mübarizəni dayandırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp