İndian-Velsdə tennis üzrə keçirilən ilin ilk “Masters” turnirində finalçılar müəyyənləşib.

Əvvəlcə korta dünya reytinqinin 2 və 3 nömrəsi çıxıb. Bu il keçirdiyi bütün 16 oyunda qalib gələn Yannik Sinner Karlos Alkarasla oyunun ilk setini rahat şəkildə qazanıb – 6:1. İkinci setdə Karlos bir qədər özünə gəlib. Breyk etməklə üstünlük əldə edən ispan tennisçi seti 6:3 hesabı ilə qalib bitirməyə nail olub. Bu uğursuzluqdan italyan tennisçi özünə gələ bilməyib. 3-cü setin əvvəlində öz servislərini əldən verməklə məğlubiyyətlə barışıb – 2:6. Beləliklə də Alkaras ardıcıl ikinci il İndian-Velsdə finala yüksəlib.

Maraqlıdır ki, həlledici oyunun iştirakçıları ötənilki kimi olub. Daniil Medvedev də yarımfinalda qələbə qazanıb. O, amerikalı Tommi Polu məğlyb edib. O da Alkaras kimi ilk setdə məğlub olduqdan sonra ardıcıl iki seti qazanıb.

Xatırladaq ki, ötənilki finalda Alkaras iki setdə qalib gəlmişdi. Medvedev isə karyerasında 10-cu dfə “Masters” turnirinin finalında iştirak edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp