MBA-da bu gecə 8 oyun keçirilib.

Qərb komnfransında qonşu pillələrdə qərarlaşan “Leykers” və “Qolden Steyt Vorriors” Los-Ancelesdə üz-üzə gəlib. Stiv Körrinin sağalması qonaq komandanın işinə yarayıb. Onun 31 xalı qələbənin qazanılmasında həlledici olub – 128:121. Lebron Ceyms oyunu 40 xalla tamamlayıb. Qeyd edək ki, oyunu izləyənlər arasında dünya tennis reytinqinin bir nömrəsi Novak Cokoviç də olub.

Alperen Şengünün zədələnməsindən sonra “Hyuston Rokets” qələbə seriyası əldə edib. Texaslılar ardıcıl 5-ci oyunda qalib gəliblər. Bu dəfə evdə “Klivlend Kavalers” məğlub edilib – 117:103.

“Minnesota Timbervulvs” səfərdə “Yuta Caz”a qalib gəlib. Bununla da onlar Qərb konfransında liderlik mübarizəsini davam etdirirlər. Konfransın digər üzvü “Sakramento Kinqs” isə doğma arenada “Nyu-York Niks”ə məğlub olub – 91:98. Görüşün ən məhsuldar oyunçusu qonaq komandanın üzvü Branson olub. O, 42 xal toplayıb.

Çikaqoda “Vaşinqton Vizards” məğlub edilib – 127:98. “Oklahoma Siti Tanders” isə Memfisdə 118:112 hesablı qələbə qazanıb. “İndiana Peysers” və “Nyu Orlean Pelikans” da doğma arenada qələbə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp