“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, komandasının 1:3 hesablı məğlubiyyətini belə şərh edib:

“Bu gün möhtəşəm atmosfer var idi. Çoxdan idi evdə məğlub olmurduq. Bu seriyanı davam etdirmək istəyirdik. Amma həqiqətən çətin rəqibə qarşı oynayırdıq. Komanda bu gün son dəqiqəyə kimi əzmkarlıq göstərdi. Qol da vurduq. Birinci hissədə Otto Con ikinci topu vursa, bəlkə də oyunun axarı başqa cür ola bilərdi. Hesabda geri düşsək də, epizodlarımız oldu. 1:2-dən sonra Belaydinin imkanı oldu. Hansı ki, oyun orada bitə bilərdi. Qarşıda fasilə var. İtkilərimiz çox idi. Ümid edirəm ki, zədəlilərimiz sıraya qayıdacaq və tam heyətlə dördüncü dövrəyə hazırlaşacağıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp