Türkiyə 1-ci Liqasında 27-ci turun matçları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” növbəti matçına çıxıb.

İstanbul klubu səfərdə “Ərzurumspor”la qarşılaşıb və 0:1 hesablı məğlubiyyətə üzülüb.

Həsənalızadə də bu matçın iştirakçısı olub. 31 yaşlı futbolçu 90 dəqiqə oynayıb, 52-ci dəqiqədə sarı vərəqə alıb.

“Tuzlaspor” 27 xalla 15-ci pillədədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp