Türkiyə 1-ci liqasında 27-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyəspor” “Adanaspor”la qarşılaşıb.

İstanbul təmsilçisi doğma meydanda baş tutan bu oyunda 2:0 hesabıyla qalib gəlib. Coşqun 90 dəqiqə meydanda olub.

“Ümraniyəspor” bu nəticədən sonra 33 xalla 11-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp