Tennis üzrə nüfuzlu İndian-Vels turniri başa çatıb. Finalda ötənilki nəticə qeydə alınıb. 2023-cü ildə olduğu kimi, bu dəfə də Karlos Alkaras Daniil Medvedevi məğlub edib – 7:6, 6:1.

Beləliklə, ispan tennisçi Novak Cokoviçdən sonra İndian-Velsdə titulunu qoruyan ikinci tennisçi olub. Bu onun karyerasında 13-cü tituldur. Bu vaxta qədər iştirak etdiyi 17 finalın 13-də Alkaras qələbə qazanıb. Medvedev isə ardıcıl 5-ci finalda məğlub olur.

Qadınların turnirində isə polşalı İqa Şvyontek Mariya Sakkarını məğlub etməklə çempion olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp