MBA-da bu gecə 7 oyun baş tutub.

Yannis Antetokumbonun yoxluğuna baxmayaraq, “Miluoki Baks” “Finiks Sans” üzərində qələbə qazanıb – 140:129. Demien Lillard və Bobbi Portis hərəyə 31 xal toplayıb.

Ən maraqlı oyunlardan biri Dallasda olub. “Maveriks” gərgin oyunda “Denver Naggets”ə qəlib gəlib. Qələbə atışının müəllifi son saniyələrdə Kayri İrvinq olub – 107:105. Luka Donçiçin aktivində 37 xal var. Çempionun lideri Nikola Yokiç isə 16 xal toplayıb.

Çempionatın lideri “Boston Seltiks” paytaxtdan 130:104 hesablı qələbə ilə dönüb. Hauzer və Teytum hərəyə 30 xal toplayıblar.

Autsayder “San Antonio Spörs” isə Viktor Vembanyamanın möhtəşəm oyunu sayəsində qələbə qazanıb – 122:115. Fransız basketbolçu görüşü 33 xal, 17 ribaund, 7 blok və 7 asistlə tamamlayıb.

Los-Ancelesdə “Klippers” “Atlanta Houks”a məğlub olub – 93:110.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp