NASCAR-da 2024-cü ilin 5-ci mərhələsi keçirilib. “Joe Gibbs Racing” komandasının pilotu Denni Hemlin qran-prinin qalibi olub. Bu, onun karyerasında 52-ci qələbədir. Bundan əvvəlki mərhələnin qalibi onun komanda yoldaşı Kristofer Bell olmuşdu.

Yarış başqa göstəriciyə görə əlamətdar olub. Beton örtüyə malik “Bristol Motor Spidvey” trassında keçirilən yarışda 54 dəfə lider dəyişib. Bu da NASCAR-da rekord göstəricidir. Bu vaxta qədər ən çox lider dəyişikliyi sayı 40-a bərabər olmuşdu. Belə bir yarış 1991-ci ildə baş tutmuşdu. Maraqlıdır ki, həmin rekord da Bristolda qeydə alınmışdı.

Əlavə edək ki, Hemlinin qələbə qazanmasında həlledici amil, onun pit-stopu düzgün müəyyənləşdirməsi olub. Finişə 53 dövrə qalmış təkərlərini dəyişən Denni ən yaxın izləyicisini 1 saniyə qabaqlayıb.

Shares: