21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 18-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Baş məşqçi Samir Əliyev toplanışa 25 futbolçu dəvət edib.

Qapıçılar: Amin Ramazanov(“Qarabağ”), Rüstəm Samiqullin Yusif İmanov( hər ikisi “Sabah”)

Müdafiəçilər: Süleyman Damadayev(“Şamaxı”), İbrahim Ramazanov(“Qəbələ”), Seymur Məmmədov (“Sabah”), Cəlal Hüseynov (“Arda”,Bolqarıstan) Həzrət İsayev (“İmişli”), Abdulla Rzayev (“Araz-Naxçıvan”), Rüfət Əhmədov(“Kəpəz”), Rüfət Abbasov(“Neftçi”), Ayxan Süleymanlı (“Sumqayıt”)

Yarımmüdafiəçilər: Qurban Səfərov (“Şamaxı”), Nazim Həsənzadə (“Zirə”), Camal Cəfərov (“Kəpəz”), Ramin Nəsirli(“Araz-Naxçıvan”), Xəyal Əliyev (“Sabah”), Murad Vəliyev (“Nomme Yunayted”, Estoniya), Fərid Yusifli(“Turan Tovuz”), Emil Səfərov(“Qəbələ”), Zeynəddin Abdurahmanov(“Səbail”), Samir Abdullayev(“Səbail”), Mehrac Baxşalı (“Qəbələ”)

Hücumçular: Nəriman Axundzadə(“Qarabağ”), Ağadadaş Salyanski(“Neftçi”)

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də İngiltərə, martın 26-da Ukraynanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə qarşılaşacaq. Hər iki oyun “Azersun Arena”da keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp