Gürcüstan milli komandası ardıcıl 7-ci dəfə reqbi üzrə Avropa çempionu olub. Bu, qonşu ölkənin tarixində 16-cı çempionluqdur.

Parisdə “Jan Buen” stadionunda keçirilən həlledici oyunda Gürcüstan yığması Portuqaliya ilə üz-üzə gəlib. Oyunun əvvəlindən üstünlük əldə edən gürcülər ilk hissəni 12:3 hesabı ilə öndə tamamlayıblar. İkinci hissədə də gözəl oyun nümayiş etdirən Gürcüstan komandası 36:10 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, çempion yarımfinalda Rumıniya millisini 33:5 hesabı ilə məğlub etmişdi. Portuqaliya isə gərgin oyunda İspaniyadan üstün olmuşdu – 33:30.

3-cü yer uğrunda görüşdə İspaniya Rumıniyaya qalib gələrək bürünc medalları qazanıb.

Əlavə edək ki, Avropanın ən güclü komandaları eyni vaxtda “Altı millət kuboku”nda yarışıb. Orada İrlandiya millisi çempion olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp