“Brayton” “Arsenal”ın oyunçusu Ris Nelsonu transfer etmək istəyir. London klubunda istədiyi qədər oynamaq şansı qazanmayan vinger də klubunu dəyişməkdə maraqlıdır.

Futbolinfo.az xəbər verir ki, “Brayton” Nelson üçün 30 milyon avro ödəməyə hazırdır. Amma “Arsenal” yetirməsi üçün daha çox pul tələb edir. İngiltərə Premyer Liqasının lideri vingeri icarəyə göndərməkdən imtina edir, əvəzində yayda gələcək sərfəli təklif müqabilində onu satmağa hazırdır.

Vaxtlə “Hoffenhaym” və “Feyenoord”da icarədə olmuş Ris bu mövsüm 22 matçda 566 dəqiqə meydanda olub. Onun hesabında 1 qol, 2 məhsuldar ötürmə var.

Nelson 2027-ci ilin yayınadək müqavilə ilə “Arsenal”a məxsusdur. Anlaşmada, klub istərsə, onun daha bir illik uzadılması barədə bənd var.

Shares: