“Yuventus” yayda heyətini gücləndirmək niyyətindədir. Turinlilər həm A Seriyasında, həm də Çempionlar Liqasında uğur qazanmaq üçün təcrübəli futbolçulara göz dikib.

Futbolinfo.az xəbər verir ki, əsas hədəf Sergey Milinkiviç-Saviçdir. Ötən yay “Latsio”nu “Əl Hilal”a dəyişən serb yarımmüdafiəçi Səudiyyə Ərəbistanında qalmaq istəmir. “Yuventus” da 30 oyuna 10 qol, 10 məhsuldar ötürmə ilə yadda qalan futbolçunu Avropaya qaytarmaqda qərarlıdır.

Turinlilərin digər hədəfləri “Bayern”in futbolçularıdır. İtaliya nəhəngi Leroy Sane və Leon Qoretskanı heyətinə cəlb etmək niyyətindədir. Münhenlilərin cütlüyü buraxmaq niyyəti yoxdur, amma onlar özü Bundesliqanı başqa çempionata dəyişməyə can atır.

Shares: