Joao Feliks Madriddə üzləşdiyi münasibətdən məyus olub. “Atletiko”ya məxsus olan, “Barselona”da icarə əsasında çıxış edən hücumçu azarkeşlərin onu fitə basmasından narahatdır.

Futbolinfo.az xəbər verir ki, Feliks “Barselona”nın 3:0 hesabı ilə qalib gəldiyi matçda hesabı açıb. Bu, yerli azarkeşlərin xoşuna gəlməyib.

Portuqaliyalı oyunçu matçdan sonra bunları deyib: “Azarkeşlər mən “Atletiko”da olarkən burada nələrin baş verdiyini bilmir. Mənə qarşı xoş olmayan davranışlar var idi, bu səbəbdən Madridi tərk etdim. Onları anlayıram, amma pis adam kimi yadda qalmaq istəmirəm. “Atletiko”nun oyunçuları ilə əla münasibətim var. Hələ də bu kluba məxsusam”.

Shares: