Aprelin 2-də AFFA-nın Növbəti Hesabat-Seçki Konfransında rəhbər heyət bütünlüklə dəyişəcək. Yeni prezident Rövşən Nəcəf vitse-prezidentləri, İcraiyyə Komitəsinin üzvlərini də özü müəyyənləşdirəcək.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, İcraiyyə Komitəsinin hazırkı tərkibinin tam yenilənməsi planlaşdırılır. Hər şey Nəcəfin planlaşdırdığı kimi getsə, köhnələrdən yalnız Könül Mehtiyeva qurumda təmsil olunacaq. Digər 12 nəfərin – 1-2 istisna ilə – yeni adlar olacağı gözlənilir.

İcraiyyə Komitəsinin yeni “13-lüy”ünün 3  üzvünün adı bizə bəllidir. AFFA prezidenti kimi Rövşən Nəcəf, İctimai Futbol Təşkilatları İctimai Birliyinin nümayəndəsi Könül Mehtiyeva (o, qurumda qadın üzvün olması ilə bağlı beynəlxalq futbol təşkilatlarının tövsiyyəsinə görə saxlanılır – red.) və Maqsud Adıgözəlovun komitənin yeni tərkibində olacağı dəqiqdir. “Sabah”ın prezidentinin hətta yeni vitse-prezidentlərdən biri olacağı deyilir.

- Futbolinfo.az

Əslində, İcraiyyə Komitəsi seçkili orqandır. Amma yeni gələnlər sələflərinin yolu ilə gedir. Belə görünür ki, namizəd sayı üzv sayından çox olmayacaq və hamı təyin olunacaq. Yeni komandanın formalaşmasında iki xətt də aydın seçilir. Belə ki, yeni prezident və kuratoru idarəçiliyi bölüşdürüb koalisiya yaradır.

Shares: