“Qırmızı vərəqə alana qədər oyunun nəzarəti bizdə idi. Düşünürəm ki, 11 nəfər olsaydıq, mütləq qalib gələcəkdik”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın müdafiəçisi Numan Kurdiç deyib.

O, Misli Premyer Liqasının 27-ci turunda “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan danışıb: “Qırmızı vərəqə aldıqdan sonra 1 xalla da kifayətlənmək yaxşıdır. Çünki “Qəbələ”nin çox qol şansı oldu. Düzdür, bizdə də Orxan Əliyev 2 dəfə fərqlənməyə yaxın idi, amma nəticəni pis saymıram”.

Kurdiç matçda həm qol vurub, həm də qırmızı vərəq almasından danışıb: “Düzdür, qol vurmaq yaxşıdır, amma meydanı tərk etmək istəməzdim. Düşünürəm ki, meydanda olsaydım, komandamız qalibiyyət də əldə etməyi bacarardı. 11 nəfərlə daha yaxşı çıxış edərdik. Artıq qarşıdakı “Sumqayıt”la matça hazırlaşacağıq. Meydanda olmayacam, amma komandamın qələbə qazana biləcəyini düşünürəm”.

Shares: