Apellyasiya Arbitraj Tribunalı “Lion” Peşəkar Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qərarlarını açıqlayıb.
Futbolinfo.az həmin qərarları nəzərinizə çatdırır:
- “Lion” Peşəkar Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
- Xəlilov İlqar Sahib oğlu “Lion” Futbol Klubu işi üzrə Oyunçuların Statusu və Transferi Komitəsinin 4 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin.
- İş yenidən baxılması üçün Oyunçuların Statusu və Transferi Komitəsinə göndərilsin.
- Apellyasiya şikayəti qalan hissədə baxılmamış saxlanılsın.
- Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
- Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq iş üzrə tərəflərə göndərilsin.