“İlk hissədə topu saxlamaqda çətinlik çəkdik. Nəticədə qol imkanları da yarada bilmədik”. Bunu futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in yarımmüdafiəçisi Latir Fal deyib.
Portuqaliyalı futbolçu Misli Premyer Liqasının 27-ci turunda “Zirə”yə 1:2 hesablı məğlubiyyətdən danışıb: “İkinci hissədə nisbətən topla daha yaxşı davrandıq, daha çox qol imkanları yarada bildik. Amma rəqib iki qol vurdu. Penalti epizodu ilə razı deyiləm. Mənə görə hakim orada səhv etdi. Qarşıya baxmalıyıq. Bizim Premyer Liqada qalmaq kimi çətin tapşırığımız var. Hər oyunda daha yaxşı oynamaq, hər oyunda əlimizdən gələni etməliyik. Çünki bundan sonrakı bütün matçlar çox vacibdir”.
Fal milli komandalara görə yaranacaq fasilənin onlara kömək edəcəyini bildirib: “Bu fasilə bizə kömək edəcək. “Qarabağ”la matça daha yaxşı hazırlaşacağıq. Növbəti turda çox güclü rəqiblə oynayacağıq. Biz həm qələbə qazana, həm də heç-heçə edə bilərik. Bunun qeyri-mümkün olmadığını bilirik”.