21 yaşadək futbolçulardan ibarət Ukrayna yığmasının Azərbaycanla keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyunu üçün heyəti müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Unay Melqosa heyətə 23 futbolçu dəvət edib. Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi, 2-si isə hücumçudur.

Komanda əvvəlcə martın 22-də Mərakeşin U-23 yığması ilə yoldaşlıq görüşü keçirəcək, ardından millimizlə oyun üçün Bakıya yola düşəcək.

Qapıçılar: Pavel İsenko (“Vorskla”), Ruslan Neşeret (“Dinamo”, Kiyev), Yakov Kinareykin (“Dnepr-1”)

Müdafiəçilər: İlya Krupski (“Vorskla”), Konstantin Vivçarenko (“Dinamo”, Kiyev), Arseni Bataqov (“Zarya”), Artyom Smolyakov (“Polesye”), Vitali Roman, Boqdan Slyubik (hər ikisi “Rux”), Vladimir Salyuk (“Çernomorets”)

Yarımmüdafiəçilər: Yeqor Yarmolyuk (“Brentford”, İngiltərə), Yevgeni Pavlyuk (“Vorskla”), Nazar Voloşin (“Dinamo”, Kiyev), Valentin Rubçinski, Oleq Oçeretko (hər ikisi “Dnepr-1”), Aleksandr Yatsık (“Zarya”), Maksim Xlan (“Lexiya”, Polşa), Boris Kruşinski (“Polesye”), İlya Kvasnitsa (“Rux”), İvan Varfolomeyev (“Slovan”, Çexiya), Maksim Braqaru (“Çernomorets”)

Hücumçular: İqor Qorbaç (“Zarya”), İqor Krasnopir (“Obolon”).

Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması martın 26-da “Azərsun Arena”da keçiriləcək. Hazırda Ukrayna 15 xalla qrupa başçılıq edir, yığmamızın isə aktivində 3 xal var.

Shares: