“Beşiktaş”da baş məşqçi Fernando Santosun postu laxlayıb. Ardıcıl uğursuz nəticələr ucbatından portuqaliyalı mütəxəssisin ən geci mövsümün sonunda istefası gözlənilir.

Futbolinfo.az xəbər verir ki, yerli mətbuat yeni baş məşqçi axtarışına indidən başlayan “Beşiktaş”ın siyahısına “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov başçılıq etdiyini təkrarlamaqdan yorulmur. Avropa Liqasının 1/8 final mərhələsində Azərbaycan çempionunun “Bayer”lə keçirilən səfər oyununu canlı izləyən “ağ-qaralar”ın idman direktoru Samet Aybaba mütəxəssisin oyun fəlsəfəsi barədə rəhbərliyə müsbət raport təqdim edib. Hətta Aybabanın Qurbanovla əlaqə saxladığı da bildirilir. O, 51 yaşlı çalışdırıcıdan Superliqada işləmək istəyib-istəmədiyini soruşub.

Qeyd edək ki, Fernando Santosun “Beşiktaş”la müqaviləsi 2025-ci ilin yayına qədərdi.

Shares: