İspaniya millisinin heyətində dəyişiklik edilib. Baş məşqçisi Luis De La Fuente “Valensiya”nın müdafiəçisi Xose Qayanın əvəzinə “Çelsi”nin müdafiəçisi Mark Kukurelyanı milliyə çağırıb.
Buna səbəb 28 yaşlı futbolçunu La Liqanın son turunda “Vilyarreal”la matçda zədələnməsi olub. Qaya bir müddətlik sıradan çıxdığından yığmaya kömək etməsi mümkünsüzdür.
Qeyd edək ki, mart ayında İspaniya millisinin Kolumbiya (London) və Braziliya (Madrid) yığmaları ilə 2 yoldaşlıq oyunu nəzərdə tutulub.