Basketbol üzrə Avroliqa turnirində 31-ci tura start verilib. Ən maraqlı oyun İstanbulda baş tutub.
Autsayder “Alba”nı qəbul edən “Anadolu Efes” gözlənilmədən ciddi çətinliklərlə üzləşib. İlk period bərabərliklə bitdikdən sonra istanbullular fasiləyə qədər böyük üstünlük əldə edə biliblər. Lakin 3-cü periodu Berlin komandası 27:12 xallıq üstünlüklə tamamlayaraq ümumi hesabda da önə çıxıb. Nəticədə meydan sahibləri son periodda ciddi sınaq qarşısında qalıb. Son hücumunda önə keçən “Anadolu Efes”i Tayrek Consun bloku xilas edib. Məhz o, alman basketbolçunun atışının qarşısını fantastik gözəlliklə almağı bacarıb – 85:84.
Pley-in zonasında yerini demək olar ki, təmin edən “Baskoniya” Litvada “Jalgiris”ə məğlub olub – 76:94. “Olimpiakos” isə “Anadolu Efes” məğlubiyyətindən sonra evdə “Asvel”ə 80:66 hesabı ilə qalib gəlib. Lider “Real” Belqradda “Partizan” üzərində qələbə qazanıb – 88:76. Hezonya görüşü 26 xalla tamamlayıb.
Hazırda pley-ində oynamaq hüququ verən 10-cu yer uğrunda gərgin mübarizə gedir. 14 qələbəsi olan “Valensiya” bu yerə digərlərindən daha yaxındır. İspaniya təmsilçisi bu gün səfərdə “Monako”ya qarşı oynayacaq.