Aleksandr Albonun Avstraliya qran-prisinin ilk sərbəst yürüşlərində ciddi qəzası görünməmiş halla nəticələnə bilər.
Britaniya komandasından verilən məlumata görə, bu mərhələ üçün onların ehtiyat şassisi yoxdur. Bu isə o deməkdir ki, şənbə gününə qədər bolid bərpa edilməzsə, komanda yarışda bir nəfərlə iştirak edəcək.
Ola bilər ki, komanda digər pilot Loqan Sarcentin maşınını Aleksandr Albona versin. Belə olan halda amerikalı pilot yarışı buraxacaq.
Xatırladaq ki, Sarcint keçən il çempionatın ən zəif pilotu idi.