22 dəfə “Böyük dəbilqə” seriyalı turnirlərin qalibi olan Rafael Nadal mövsümün torpaq kortlarda olan hissəsinə hazırlığı barədə məlumat verib.

“Torpaq kortlar mövsümü mənim əsas məqsədimdir. Əlimdən gələni etməyə çalışıram.İstəyim bu hissəyə normal daxil olmaqır. Lakin proqnoz verə bilmərəm. Nə olacağını söyləmək mümkün deyil. Var qüvvəm ilə məşq edirəm. Lakin qrafikə uyğun gedə bilmirəm. Ümid edirəm ki, qarşıdakı günlərdə hər şey yaxşıya doru dəyişəcək”, – deyə ispan tennisçi EFE-yə müsahibəsində qeyd edib.

Xatırladaq ki, Nadal Monte-Karloda keçiriləcək “Masters” seriyalı turnirin iştirakçıları sırasındadır. Turnir aprelin ilk həftəsində start götürəcək. Bundan başqa o, Barselona turnirində də çıxış edə bilər. Kataloniya paytaxtında yarış aprelin 15-də başlayacaq.

Shares: