“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro millisində növbəti oyuna çıxıblar. Hər iki futbolçu Belarusa qarşı keçirilən yoldaşlıq matçında start heyətində yer alıb.
Veşoviç sona qədər oynayıb. Yankoviç isə 66-cı dəqiqədə əvəzlənib. Görüş Monteneqronun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Monteneqro millisini hazırda Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki çalışdırır. Belarusla qarşılaşma onun üçün Monteneqro millisində debüt oyunu olub.
Qeyd edək ki, Monteneqro millisi martın 25-də Şimali Makedoniya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.