PSJ-nin baş məşqçisi Luis Enrike nə vaxtsa Premyer Liqada işləmək arzusunda olduğunu bildirib.

“Əlbəttə ki, nə vaxtsa orada çalışmağı çox arzulayıram. Hazırda əsas diqqətim PSJ-dədir. Fransız dilini öyrəniəm. Bu da mənim əsas motivasiyalarımdan biridir. Dili öyrənməklə millətin mədəniyyətini daha yaxından öyrənməyə çalışıram”, – deyə ispaniyalı mütəxəssis qeyd edib.

Xatırladaq ki, Luis Enrike keçən ilin əvvəlindən PSJ-ni çalışdırır. “Barselona” və Madrid “Real”ının keçmiş futbolçusu buna qədər Kataloniya klubu, “Roma”, “Selta” və İspaniya millisinin baş məşqçisi olub. Rəhbərlik etdiyi komanda 59 xal toplamaqla hazırda turnir cədvəlində liderdir.

Shares: