Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” FİFA tərəfindən sanksiyalara məruz qalıb.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, maliyyə qaydalarını pozduğuna görə Adana təmsilçisi FİFA tərəfindən cəzalandırılıb.
Şahruddinin klubu üç transfer pəncərəsində heyətinə futbolçu qata bilməyəcək.
Azərbaycan millisinin qolkiperi 2023-cü il sentyabrın 8-də “Qarabağ”dan “Adana Dəmirspor”a keçib. Onun Super Liqa klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.