21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı kollektiv F qrupunda İngiltərə ilə qarşılaşıb.

“Azərsun Arena”da keçirilən görüş qonaqların böyük hesablı qələbəsiylə yekunlaşıb.

Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb.

Azərbaycanın U-21 millisi martın 26-da hazırda qrupun lideri olan Ukraynanı qəbul edəcək.

Avropa çempionatının seçmə mərhələsi
F qrupu

22 mart

Azərbaycan – İngiltərə 1:5
Qollar: Ramin Nəsirli, 85 – Harvi Elliot, 25; 67. Noni Madueke, 29. Harvud-Bellis, 53. Arçi Qrey, 88.
Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)
Bakı, “Azərsun Arena”.

Shares: