Martın 25-də Moskvada keçirilməsi planlaşdırılmış Rusiya – Paraqvay yoxlama oyunu təxirə salınıb.

Futbolinfo.az xəbər verir ki, bu haqda Rusiya Futbol İttifaqının yaydığı açıqlamada bildirilib.

Qərar dünən “Krocus Siti Holl”da baş verən terror aktı səbəbindən verilib. Tərəflər görüşün başqa vaxt keçirilə biləcəyi ilə bağlı razılığa gəliblər. Oyun üçün bilet alan azarkeşlər pullarını tam şəkildə geri ala biləcəklər.

Rusiya millisi bu hazırlıq prosesi zamanı martın 21-də Moskvada Serbiya millisinə qalib gəlib (4:0). Hər iki oyuna “Qarabağ”ın qapıçısı Andrey Lunyov da çağırılmışdı. O, Serbiya ilə görüşdə iştirak etməmişdi, Paraqvayla oyunda isə 32 yaşlı qapıçının meydana çıxacağı gözlənilirdi.

Shares: