AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2024-cü il aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Hesabat-Seçki Konfransının keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır.

Qeyd olunmuş müddət başa çatıb. AFFA prezidentliyi və İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq:

AFFA prezidentliyinə namizəd

  1. Rövşən Nəcəf – Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə “Neftçi” PFK tərəfindən

AFFA İcraiyyə Komitəsinə namizədlər

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

  1. Səməd Qurbanov – “Neftçi” PFK tərəfindən
  2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
  3. Xəyal Cəfərov – “Sumqayıt” FK tərəfindən
  4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən
  5. Maqsud Adıgözəlov – “Sabah” FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

  1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
  2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
  3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

  1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
  2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

  1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
  2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən
Shares: