Argentina millisinin futbolçusu Anxel Di Mariya məhsuldar ötürmə sayında əfsanəvi Dieqo Maradonanı qabaqlayıb.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi buna Salvador millisi ilə yoldaşlıq matçında nail olub.

36 yaşlı vinger 27 məhsuldar ötürmə ilə Maradonanı geridə qoyaraq Argentina tarixində bu göstəricidə ən yaxşı ikinci oyunçu olub. Mərhum Maradonada bu göstərici 26-ya bərabər idi.

Millidə məhsuldar ötürmələrin sayına görə Lionel Messi liderdir. O, Argentinanın heyətində 54 assistə imza atıb.

Argentina millisi Salvador yığması ilə matçda 3:0 hesablı qələbə qazanıb.

Shares: