Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 19-cu turundan təxirə salınmış oyunda “Altqlinikke” ilə qarşılaşıb və evdə 3:2 hesabıyla qalib gəlib.
Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb.
“Dinamo” hazırda 53 xalla 2-ci pillədə qərarlaşıb.