İngiltərə millisinin hücumçusu Harri Keyn Belçika ilə yoldaşlıq oyununda iştirak etməyəcək. Bu barədə İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt danışıb.
O, zədə səbəbindən Braziliya ilə dünənki oyunu (0:1) buraxan hücumçunun Belçika ilə matçda da iştirak etməyəcəyini və klubu “Bayern”ə qayıdacağını qeyd edib: “Keyn “Bayern”ə qayıdacaq. Çünki o, Belçika ilə oyuna qədər hazır olmayacaq”.
Forvard Bundesliqanın 26-cı turunun “Darmştadt”la matçında (2:5) topuğundan zədə alıb. Keynin bu həftə bəzi məşqləri buraxdığı bildirilir.
Qeyd edək ki, İngiltərə – Belçika görüşü martın 26-da keçiriləcək.