“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr İngiltərə millisinin düşərgəsini tərk edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

31 yaşlı oyunçu martın 23-də keçirilmiş Braziliya ilə yoldaşlıq matçının 67-ci dəqiqəsində zədələnib. Görüşdən sonra o, tibbi müayinədən keçib və nəticələrə əsasən, millinin heyətindən çıxarılıb.

Martın 26-da İngiltərə millisi Londondakı “Uembli” stadionunda Belçika ilə yoxlama oyunu keçirəcək.

Shares: