Boliviyanın “Real Santa-Kruz” klubu faciə ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, komandanın hücumçusu Gilyermo Denis Beltran dünyasını dəyişib.

24 yaşlı forvard səhər məşqi zamanı yerə yıxılıb. Futbolçu xəstəxanaya çatdırılsa da, onun artıq vəfat etdiyi məlum olub. Kolumbiyalı hücumçu ürək çatışmazlığından dünyasını dəyişib.

Gilyermo Denis Beltran “Real Santa-Kruz”da 24 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Shares: