Rusiya millisinə dəvət alan “Qarabağ”ın qapıçısı Andrey Lunyov Bakıya qayıdıb. 32 yaşlı qolkiper Rusiya yığmasının düşərgəsini tərk edib.

Bu barədə qolkiper özü məlumat verib. O, bu gün “Qarabağ”ın düşərgəsinə qoşulacaq.

Rusiya millisinin bu günə Paraqvayla yoldaşlıq görüşü nəzərdə tutulsa da, ölkədə baş verən terror aktına görə oyun ləğv edilib. Lunyov millinin martın 21-də Serbiya ilə keçirilən yoldaşlıq matçında (4:0) da meydana çıxmamışdı.

Shares: