MBA-da bu gecə 6 oyun keçirilib.

Coel Embiidin yoxluğuna baxmayaraq “Filadelfiya Siksers” səfərdə “Los-Anceles Klippers”ə qalib gəlib – 121:107. Bu Qələbə sayəsində Filadelfiya təmsilçisi vəziyyətini bir qədər yüngülləşdirib. “Klippers” isə öz konfransında liderlərdən uzaq düşüb.

“Mayami Hits” evdə “Klivlend “Kavalers”i məğlubiyyətə uğradıb. Pley-inə düşmək uğrunda mübarizə aparan Florida komandasının heyətində Adebayo dabl-dabl edib.

“Minnesota Timbervulvs” evdə “Qolden Steyt Vorriors”dan üstün olub. 114:110 hesabı daha çox “Hyuston Rokets”in işinə yarayıb. Qərb konfransında pley-inin son pilləsi uğrunda mübarizədə Texas təmsilçisi bir qədər də ümidlənib. Hazırda onlar “Qolden Steyt”dən 1 qələbə geri qalırlar.

Konfransın lideri “Oklahoma Siti Tanders” Miluoki səfərindən əliboş dönüb. Antetokumbonun 30 xalı və 19 ribaundu “Baks”a 118:93 hesabı ilə qələbə qazandırıb.

Ən məhsuldar oyun isə Los-Ancelesdə baş tutub “Leykers” “İndiana Peysers”i 150:145 hesabı ilə məğlub edib. Qalib komandanın heyətində start heyətin 4 üzvü 20-dən çox xal toplayıb.

Shares: