“Ferrari” komandasının pilotu Karlos Sayns Avstraliya qran-prisindən sonra 1000 xal həddini keçib. Qələbədən sonra onunqazandığı ümumi xalların sayı 1022,5 olub. Bununla əlaqədar olaraq, Formula 1-in mətbuat xidməti ispan sürücünü əlamətdar hadisə münasibətilə təbrik edib.

“Yarışdakı qələbə Karlosun xüsusi həddi keçməsinə səbəb oldu. O, 1022,5-ci xalını qazandı və bu xallar durmadan artır”, – deyə bəyanatda qeyd edilib.

Xatırladaq ki, Melburnda Karlos komanda yoldaşı Şarl Lekleri 2 saniyədən də artıq qabaqlayaraq qələbə qazanmışdı. Lando Norris podiumun son pilləsini tutmuşdu.

Shares: