“Red Bull”un məsləhətçisi Helmut Marko RB komandasının pilotu Daniel Rikkardo qarşısında ultimatum qoyub. Növbəti 2 yarışda nəticə düzəlməzsə, avstraliyalı pilot komandadan uzaqlaşdırılacaq. Xatırladaq ki, Formula 1-də qarşıdakı iki mərhələ Yaponiya və Çində keçiriləcək.

Məlumata görə, Rikkardo vəziyyəti düzəldə bilməsə, onu Liam Louson əvəz edəcək. Bundan başqa, Louson gələn il müqaviləsi başa çatan Serxio Peresin yerinə “Red Bull”a əsas namizəd göstərilir.

Qeyd edək ki, Rikkardo keçən ilin ortasında Nik De Vrizi əvəz etmişdi. Son mərhələdə o, finiş xəttini 12-ci keçmişdi.

Shares: